Turkiyede tehsil üçün hansı sənədlər lazımdır?

Əgər siz Turkiyede tehsil almaq istəyirsinizsə şirkətimizə müraciət zamanı bu sənədləri toplamalısınız.
1) Attestat (Əgər siz attestatı almamısınızsa, yəni Azərbaycanda attestatlar biraz gec verilir o zaman oxuduğunuz orta məktəbdən arayış alaraq Turkiyede tehsil üçün müraciət edə bilərsiniz.)
2) Xarici pasport (Xarici pasportu olmayan tələbələr şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilər.)
3) Son 3 ilin qiymət çıxarışı (9-10-11-ci siniflərin ilsonu qiymətləri) Əgər sizin ilsonu qiymətlər məktəbdə hələ hazır deyilsə ozaman onun yerinə 11-ci sinifin birinci yarımil qiymətləri ilə müraciət edə bilərsiniz və ya 11-ci sinifin qiymətləri olmasada olar.
4) Fotoşəkil 6 ədəd 3×4 ölçüdə (mümkündürsə qırmızı fonda)
5) Fotoşəkil 4 ədəd 4,5×6 ölçüdə (Mümkündürsə qırmızı fonda)

9 cu sinif tələbələridə həmçinin 9-cu sinifin şəhadətnaməsi ilə müraciət edib önlisans oxuya bilərlər. (Önlisans oxumaq əslində çox sərfəlidir)


Be the first to comment

Leave a comment